Bu gün səhər saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yollanıb.
Eurasia Diary xəbər verir ki, Moskva hava limanında onu Rusiya Xarici İşlər Nazirliyi əməkdaşları və Türkiyənin Rusiyadaki səfiri Mehmet Samsar qarşılayıb.
Ərdoğan MAKS-2019 Beynəlxalq Hava və Kosmik sərgisinin açılış mərasiminə qatılıb. Türkiyə prezidenti burada rusiyalı həmkarı Vladimir Putinlə birgə mətbuata açıqlama verib.
Sərgiyə qatılmaqdan məmnunluq hissini dilə gətirən Ərdoğan Rusiya prezidentinə təşəkkürünü bildirib.
“MAKS-2019 öz sahəsində dünyada lider olan texnologiyalardan biridir. Biz də Türkiyə olaraq bu sahədə inkişaf və irəliləyiş qət etmişik. İstanbul Beynəlxalq Hava limanında bütün proseslər bitdikdən sonra və tam hazır olduqda sərnişin qarşılama potensialı 200 milyona çatacaqdır”, -deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidenetləri Suriya məsələsini müzakirə edəcəklər.
Dəyanət Həsənzadə