Ermənistanın xarici işlər naziri növbəti dəfə təxribatçı bəyanatla çıxış edib.
Eurasia Diary erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan xarici diplomatlarla görüşündə Azərbaycanın Qarabağ üçün təhdid və təhlükə mənbəyi olduğunu bildirib. Azərbaycanın Qarabağ probleminin həlli üçün açıq və gizli güc tətbiqinə üstünlük verdiyini bildirən düşmən naziri, bunun bütün region üçün ciddi təhlükə olduğunu qeyd edib.
Z.Mnatsakanyan Ermənistanın hərbi gücünə də diqqət çəkib. O, qeyd edib ki, Ermənistan və “Qarabağ Respublikası” sülhü təmin etmək üçün kifayət qədər gücə malikdir.
Məlumat üçün qeyd edək ki, Z.Mnatsakanyan bir müddət öncə Qarabağın Ermənistan torpağı olması ilə bağlı Paşinyanın fikrinə qatıldığını bidlirib və bundan artıq nə isə deməyə ehtiyac duymadığını vurğulayıb.(moderator.az)