Türkiyənin keçmiş Ədliyyə naziri Sadullah Ergin Ədalət və İnkişaf partiyasından (AKP) istefa verib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, onun daha öncə AKP-dən istefa verən Əli Babacanın yeni yaradacağı partiyaya qoşulması gözlənilir.
Sadullah Ergin istefa xəbərini təsdiqləsə də, səbəbi barədə açıqlama verməyib.
Qeyd edək ki, Sadullah Ergin 2011-2013-cü illərdə Ədliyyə naziri olub. Bundan başqa o, millət vəkili kimi də fəaliyyət göstərib.