Ukraynanın Baş Naziri Vladimir Qroysman hökumət başçısı vəzifəsindən istefa verib.
Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, bu barədə "Facebook" səhifəsindəki videomüraciətində Qroysmanın özü məlumat verib.
O, xələfinə güc və səbir arzulayıb. Siyasətçi vurğulayıb ki, hökumətin işi və ukraynalıların həyatı Ukraynanın gələcək baş nazirindən asılı olacaq.
"Mən böyük dövlətimizin uğurunun qayğısına qalmaqda davam edəcəm", - V.Qroysman deyib.