İran İnformasiya və Texnologiyalar naziri Cavad Azəri Caxromi ölkənin uğursuz peyk buraxılışı ilə bağlı informasiyanı təkzib edib.
Eurasia Diary xəbər verir ki, bu məlumatı Caxromi öz Tvitter səhifəsində paylaşıb.
O, “Nahid 1” peykinin hazırda sınaq meydançasında olduğunu bildirib. Caxromi jurnalistləri buna şahid olmaq üçün İrana dəvət edib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın NPR radiostansiyası İran peykinin kosmosa buraxılışı zamanı partlayışın olmasıyla bağlı peyk görüntüləri yayıb. Partlayışın Semnan vilayətində baş verdiyi bildirilib.