Rusiya bundan 3 il əvvəl kəşf edilən adaları rəsmi şəkildə öz ərazisinə qatıb.
Eurasia Diary xarici mediaya istinadən xəbər verir ki, Dəniz Qüvvələri Akademiyasının tələbəsi Marina Miqunovanın Arktika okeanının peyk şəkillərinə baxaraq kəşf etdiyi 5 balaca ada artıq Rusiya xəritəsində də öz əksini tapıb.
Sahələri təxminən 900 ilə 54,500 kvadrat kilometr arasında dəyişən bu adalar qlobal istiləşmənin səbəbi ilə buzların əriməsi nəticəsində üzə çıxıb. (yeni sabah)