Yerevandan Batumiyə yollanan Ermənistan vətəndaşları yol qəzasına düşüblər.
Eurasia Diary xəbər verir ki, bu barədə shantnews.am portalı xəbər yayıb.
Bildirilir ki, insident Tbilisi şəhərinin yaxınlığında baş verib. Yerevan-Batumi reysini yerinə yetirən sərnişin mikroavtobusunun “Ford TRANZIT” markalı yük maşını ilə toqquşması nəticəsində ən azı iki Ermənistan vətəndaşı ölüb, daha 19-u yaralanıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Polisin məlumatına görə, ölənlərin hər ikisi qadındır.
Qəza ilə bağlı Gürcüstan polisi təhqiqat aparır. (virtualaz.org)