Cəbəllütariq boğazında iyun ayında saxlanılan və 5 həftə sonra sərbəst buraxılan İranın "Adrian Darya 1" adlı neft tankeri Türkiyənin daxili sularına daxil olub.
Eurasia Diary xəbər verir ki, ABŞ-ın Suriyaya qanunsuz neft daşımaqda ittiham etdiyi və "qara siyahı"ya aldığı bu tankerin hara gedəcəyi ilə bağlı konkret məlumat yoxdur.
Bu tankerin Türkiyənin "İsgəndərun" dəniz limanına yük gətirdiyi haqda məlumatlar var.
Türk rəsmiləri tankerin Livana doğru istiqamətləndiyini bildirsə də rəsmi Vaşiqton gəminin Suriyaya doğru hərəkət etdiyini bildirib.
Qeyd edək ki, əvvəlki adı "Grace 1" olan bu gəmi 4 iyun tarixində Avropa İttifaqının sanksiyalarına məhəl qoymayaraq İran neftini Suriyaya neft daşımaqda ittiham olunaraq saxlanılmışdı.
Lakin bu tanker ABŞ-ın etirazlarına baxmayaraq 5 həfətən sonra sərbəst buraxıldı.
İndi bu tankerin Türkiyədə görülməsi Türkiyənin İran və ya Suriya ilə gizlin bir razılaşma əldə ediyini və ya bu durumdan xəbərsiz olduğu mənasına gəlir.
Hər iki ehtimalda da ABŞ rəhbərliyinin bu xəbəri xoş qarşılamadığı və məsələnin qısa zamanda türk nümayəndələrlə müzakirə ediləcəyi artıq məlumdur.