Almaniya II Dünya müharibəsindəki cinayətlərə görə məsuliyyəti qəbul edir.
Eurasia Diary xəbər verir ki, bunu Polşanın Velyun şəhərində II Düya müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı təşkil edilən tədbirdə çıxışı zamanı Almaniya Prezidenti Frank Valter Ştaynmayer deyib.
“Burada bütün Polşa və Avropadan keçən alman nifrəti başlayıb. Biz bunu müharibə adlandırırıq, çünki bu cinayətləri baş cür necə adlandıracağımızı bilmirik. Bu, böyük məhv dalğası idi. Polşada almanlar soyqırıma yol veriblər və bunu unutmaq olmaz. Biz tariximizin verdiyi məsuliyyəti qəbul edirik”, – deyə o bildirib.