Suriyanın İdlib vilayətinə Rusiya və Bəşər Əsəd qüvvələrinin hücumlarının intensivləşməsi Türkiyə sərhədlərinə minlərlə suriyalının axışmasına səbəb olub.
Türkiyə sərhəddindən keçmək istəyən suriyalı qaçqınlara türk əsgərləri icazə verməyib.
Sərhəddə yığışan minlərlə suriyalı Əsəd və Rusiya ilə birlikdə Türkiyəyə qarşı da tənqidi şüarlar səsləndirib.
Qaçqınlar Türkiyədən ya onları qorumağı, ya da onları ölkəsinə buraxmağı tələb ediblər.
Qeyd edək ki, 5 gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya rəsmi səfər etmiş və Vladimr Putinlə görüş keçirmişdi. Görüşdən bir gün sonra isə İdlibə hücumlar intensivləşdi...