Ukraynanın investisiyalarını qorumağa hazıram.
Eurasia Diary "axar.az"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Mən bütün investisiyaları şəxsən qorumağa hazıram. Biz artıq 70 qanun layihəsini hazırlamışıq. Söhbət hüquq-mühafizə orqanları, məhkəmə sistemlərindəki islahatlardan gedir. Burada investisiya və biznes mühitinin yaxşılaşdırılması üçün çox qanun layihəsi mövcuddur”, – deyə o bildirib.