ABŞ-Rusiya üz-üzə - Pentaqon B-2-ləri göndərdi | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


ABŞ-Rusiya üz-üzə - Pentaqon B-2-ləri göndərdi

Dünya A- A A+

ABŞ Böyük Britaniyanın Fairford aviabazasına 3 ədəd B-2 bombardmançısı yerləşdirib.

Eurasia Diary xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasının başa çatmasından sonra Rusiya və ABŞ arasındakı silahlanma yarışı məsələsi yenidən dünya gündəmini zəbt edib. Rusiyanın Şərqi Avropa ölkələrinin sərhədlərində təlimlər təşkil etdiyi bir vaxtda ABŞ rəqibinə qarşı əks-həmlə olaraq Avropada silah yerləşdirməyi vacib sayıb. Bu istiqamətdə Pentaqonun atdığı son addım ABŞ-ın Vaytmen aviabazasındakı 3 ədəd “B-2 Spirit” bombardmançı təyyarəsini İngiltərəyə göndərmək olub.

Məsələyə münasibət bildirən ABŞ Hərbi Hava Qüvvələri komandanlığının rəsmisi Kurt Vendt təyyarələrin İngiltərədə yerləşdirilməsini “çox güclü bir mesaj” kimi qiymətləndirib.

Qeyd edək ki, “B-2 Spirit” – nüvə və konvensional silah daşıya bilən, çoxfunksiyalı, radarlara yaxalanmayan bombardman təyyarəsidir. (axar.az)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...