İranın məktəblərində Azərbaycan dili necə öyrədiləcək? 5 suala cavab

Dünya 16:48 02.09.2019

Sentyabrın 23-dən İranın etnik azərbaycanlılar yaşayan bölgələrindəki dövlət məktəblərində Azərbaycan/Türk dili tədris oluna bilər.

Eurasia Diary xəbər verir ki, İranın əsasən şimal-qərb regionlarında-Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Qəzvin və Ərdəbildə Azərbaycan dili və ya özlərinin təbirincə, Türk dilində və ya Azərbaycan türkcəsində danışılır.

Burada yaşayan etnik azərbaycanlılar uzun illərdir ki, ana dilində təhsil üçün mübarizə aparırlar.

BBC News Azərbaycanca dilin tədrisi ilə bağlı ən çox verilən 5 suala cavab hazırlayıb.

Azərbaycan/türk dili harada, necə və kimlərə keçiləcək?

Azərbaycan/türk dilinin fənn kimi tədris olunmasına İranın Şərqi Azərbaycan vilayətindəki dövlət məktəblərində başlanılacaq.

Şərqi Azərbaycan vilayətinin təhsil departamentinin rəhbəri Cəfər Paşai deyib ki, dərslər həftədə iki dəfə olmaqla, ümumilikdə, bir tədris ilində 60 saatdan çox olmayaraq keçiriləcək.

  • İran azərbaycanlıları barədə mübahisə doğurmuş BBC verilişi
  • İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"

Rəsmi məlumatlarda bu fənnin sinifdənxaric oxu kimi tədris olunacağı deyilir.

İran hökuməti bunu "pilot plan" kimi təqdim edir.

Dərslər yalnız 4-cü və 9-cu sinif şagirdlərinə keçiriləcək.

Dərslərin məzmununu və tədris saatlarını məktəblər müəyyənləşdirəcək.

Pilot planın konkret hansı məktəblərdə tətbiq olunacağı hələlik açıqlanmır.

Azərbaycan/türk dili tədrisi niyə indi tədris olunur?

İranda yaşayan etnik azərbaycanlılar hökumətin məktəblərdə azərbaycan/türk dilinin tədris olunacağı barədə elanını ilk dəfə deyil ki, eşidirlər.

Prezident Həsən Ruhani 2013-cü ildə öz seçki proqramında belə bir vəd vermişdi.

Həsən Ruhani seçki kampaniyası çərçivəsində Şərqi və Qərbi Azərbaycan vilayətlərinə səfərləri zamanı etnik azərbaycanlılara vəd verib ki, seçilərsə, onlara İran Konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcək.

Konstitusiyanın bu maddəsi məhəlli və tayfa dillərindən mətbuat və kütləvi mediada istifadə, habelə bu dillərdə təhsil hüququ verir.

Hərçənd ki, 2015-ci ildə Həsən Ruhani etnik azərbaycanlılara verdiyi ana dilində təhsil vədini yerinə yetirməməkdə ittiham edilib.

2016-cı ilin avqustunda Elm nazirinin müavini Mojtaba Şəriəti elan etmişdi ki, Azərbaycan Dili və Ədəbiyyatı ixtisası ali məktəblərin kurrikulumuna əlavə ediləcək.

"Bu [prezident Həsən Ruhaninin] Ümid və Ağıl hökumətinin ölkədəki müxtəlif etnik qruplara diqqət siyasətidir. Ötən il hökumətin [universitetlərdə] Kürd dili və ədəbiyyatı ixtisasını tədris etməsinin də səbəbi budur", Şəriəti həmin vaxt bildirib.

O həmçinin qeyd edib ki, yalnız Şərqi Azərbaycan vilayətindəki Təbriz Dövlət Universiteti bu sahəni tədris etməyə hazır olduğunu açıqlayıb.

Təbriz Dövlət Universitetində "Azərbaycan dili və əbədiyyatı" adlı fakültə fəaliyyət göstərir.

Etnik azərbaycanlı fəallar deyirlər ki, burada hər il cəmi 30-40 tələbə təhsil alır və 30-40 milyon insandan 30-40 nəfərin buranı bitirməsi verilən vədə uyğun deyil.

  • İranda gənclik yaşını 29-dan 35-ə niyə qaldırırlar?
  • Təərrüf - İranın ədəb-ərkan qaydaları

Bundan başqa, 2017-ci ilin yanvarında gündəlik Vaghaye Ettefaghiyeh qəzeti Twitterdə yazıb ki, Doktor Ruhaninin ana dilinin öyrədilməsi barədə seçki vədinin təcrübədə həyata keçirilməsi, yəni ibtidai siniflərdə Türk dilinin tədrisi gələn il (2018-ci il- red.) reallaşacaq.

İranda etnik azərbaycanlılar dili necə öyrənirlər? Əslində İranda azərbaycan/türk dili, eləcə də digər etnik qrupların [məsələn, kürd] dillərinin fənn kimi tədrisinə qanunla icazə verilir.

BBC News Azərbaycancaya danışan bəzi yerli jurnalistlər deyirlər ki, bəzi özəl məktəblərdə azərbaycan/türk dili öyrədilir.

Təbriz şəhərində yaşayan və dilçilik üzrə bir mütəxəssis keçən il BBC News Azərbaycancaya bildirib ki, bu, böyük şəhərlərdə mümkün olur, amma kiçik şəhərlərdə bu imkan yoxdur.

"İranda olan azərbaycanlıların çoxu bu dili öz evində, analarından öyrənir. Uşaqlara bu dil, əsasən şifahi öyrədilir. Çoxları yalnız şifahi dili öyrənirdi, ancaq indi yeni nəsildə qrammatikanı öyrənməyə həvəs yaranıb", mütəxəssis qeyd edib.

Vaxtilə İranda Azərbaycan dilinin tədris etdiyi üçün həbs olunduğunu deyən fəal Ramin Cabbarlı isə bu məlumatları doğru hesab etmir.

"İran İslam Respublikası özəl məktəblərdə deyil, həm də evlərdə belə azərbaycan türkcəsinin tədrisinə qadağa qoyur. Bizim bir çox fəallar evlərdə azərbaycan türkcəsini öyrətdiyi üçün həbs olunub", o iddia edir.

Onun sözlərinə görə, ingilis, ispan, fransiz dilləri ilə yanaşı, Türkiyə türkcəsinin kurslarda öyrədilməsinə icazə verilir.

"Amma Azərbaycan türkcəsinə icazə vermirlər, çünki onu siyasiləşmiş türkcə hesab edirlər. Türkiyə türkcəsi türkiyəlilərin dili kimi nəzərə alındığı üçün və hər hansı bir milli oyanışda ciddi rolu ola bilməz deyə izn verilir".

Cənab Cabbarlı onu da qeyd edir ki, azərbaycan türkcəsi çox nadir hallarda, müvəqqəti olaraq, hər hansı ədəbiyyat birliyində, yazarlar birliyində öyrədilə bilər, amma o da çox müvəqqəti şəraitdə ola bilər.

Hazırda verilən elan o deməkdir ki, fənnin tədrisi dövlət məktəblərində həyata keçiriləcək.

Lakin ana dili fəalları təkcə azərbaycan/türk dilinin fənn kimi tədrisi üçün deyil, həmçinin bütün təhsilin ana dilində olması, başqa sözlə, ana dilində təhsil üçün mübarizə aparırlar.

Cəmiyyətdə bu xəbər necə qarşılandı?

Əslində belə vədlər demək olar ki, hər il verildiyi üçün xəbər cəmiyyətdə o qədər də böyük reaksiya doğurmayıb, müşahidəçilər deyir.

Təhlilçi Ramin Cabbarlı bunu "uzun illərdir verilən, sadəcə çox gecikdirilmiş bir vəd" adlandırır.

  • Həsən Dəmirçi İranda azərbaycanlılar üçün kim idi? Bəstəkar Məmməd Ənsari cavab verir
  • Kimdir? Nədir? - İran

O deyir ki, bu xəbərə kiçik müsbət addım kimi baxsa da, amma olacağına ümidi də yoxdur. Çünki, bundan əvvəllər də verilən belə vədlər icra olunmayıb.

"Azərbaycan türkcəsinin həftədə iki saat öyrədilməsindən söhbət gedir. Həftədə iki saatla ana dilini necə öyrənmək olar? Bu uyğun olsa, azərbaycanlı uşaqların farsca öyrənməsi üçün uyğun olar. Bizim üçün bütün fənlərin ana dilində keçirilməsi vacibdir".

Twitter-də bir sıra istifadəçilər hökumətin bu planını tənqid ediblər. Onların sözlərinə görə, bu, ölkənin bölünməsinə gətirəcək.

"İslam Respublikası İranın demokratiyasının parçalanmasına zəmin hazırlayır", @Vidaa_z adlı istifadəçi bildirib.

@_salehwriter istifadəçi isə bunu "Ruhani hakimiyyətinin ən böyük xainliyi" adlandırıb. "Bu, ediləsi ən axmaq və ən təhlükəli şeydir", o qeyd edib.

@SEPEHR_22 yazır ki, bu plan "ölkəni parçalayacaq", BBC Monitorinqin tanış olduğu şərhlərdə deyilir.

Etnik azərbaycanlıların özləri də da ana dilinin məktəblərdə fənn kimi tədris planına qarşı çıxıblar.

@Mohsenlashgari3 yazır: "Şəxsən, mən türk dilinin, eləcə də istənilən yerli dilin məktəblərdə tədrisinə çox qarşıyam. Bizim ana dilimiz farscadır. Bu qədər."

Bəzi istifadəçilər isə İranın Azərbaycan dilinin danışıldığı müxtəlif bölgələrində bəzi sözlərin müxtəlif mənalar verməsinə diqqət yönəldib. Onlar maraqlanıblar ki, görəsən tədris vəsaitlərində hansı versiya istifadə olunacaq.

"Məsələn, Təbrizdə "söyürəm" "sevirəm" mənasındadır, lakin Urmiyada bu "söyürəm" mənasındadır", fatherof5cats adlı istifadəçi yazır.

Başqa birisi isə yazır ki, tədris vəsaiti hazırlamaq üçün "kifayət qədər vaxt" olmadığına inanırlar.

tanaghozz adlı istifadəçiyə görə, bu, "həm şagir

Tədrisdə hansı vəsaitlərdən istifadə olunacaq?

Bir sıra İran xəbər agentlikləri 2016-cı ildə çap olunmuş azərbaycan/türk dili kitabının onlayn versiyasını paylaşıblar.

Mətbuat yazır ki, bu kitab məktəblərdə ana dilinin tədrisində istifadə olunacaq. Hərçənd ki, bu məlumat başqa mənbələrdən təsdiqlənməyib.

BBC News Azərbaycancaya danışan fəallar deyirlər ki, İranda azərbaycan türkcəsini tədris etmək üçün "kitab problemi yoxdur".

"İslam İnqilabından başlayaraq böyük çətinliklərlə də olsa, ana dilini öyrənmək, öyrətmək üçün bir çox kitablar çap olunub", Ramin Cabbarlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan türkcəsində kitablar çox uzun yoxlamalardan sonra nəşr olunur, amma tədrisinə icazə verilmir.

"Ana dili" adlanan kitabı 2016-cı ildə Zəncanın təhsil departamentinin əməkdaşlığı ilə Mohammad Reza Baghban Karimi yazı kitab fars əlifbası ilə azərbaycan/türk dilində sözlər və onların oxunuşu, cümlə quruluşu öyrədilir.

Bundan başqa, kitabda, Məhəmməd Hüseyn Şəhriyar, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, İzəddin Həsənoğlu, Rumi, Mirzə Ələkbər Sabir, Mahmud Dəstpiş (Valeh), Bəxtiyar Vahabzadə, Səməd Vurğun kimi şairlərin əsərləri və başqa hekayələr yer alıb.

 

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı