Ermənistan rusiyalı müxalifətçi, ictimai-siyasi daxim Vitali Şişkinə siyasi sığınacaq verib.
Eurasia Diary Rusiya KİV-nə istinadən xəbər verir ki, o buna görə baş nazir Nikol Paşinyana təşəkkür edib.
“Rusiyada siyasi səbəblərdən təqiblərə məruz qalan siyasətçi kimi Ermənistan dövlətinə təşəkkür edirəm”-deyə o açıqlama verib.
2019-cu ilin fevralında siyasi sığıanacaq almaq üçün rəsmi Yerevana müracuət edib. Rusiyada “Siyasi Məhbus Övladlarına Yardım Beynəlxalq Xeyriyyə Fondu”nun sədri olan siyasətçi 2015-ci ilin fevralından 2019-cu ilin yanvarına qədər Rusiyada həbsdə olub. Vitali Şişkin “kütləvi iğtişaşlara çağırış” və “milli ədavətə çağırış” maddələri ilə məhbusluq həyatı sürüb.(modern.az)