Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu Avropa İttifaqında Türkiyəyə "xüsusi status" verilməsi təklifini irəli sürən Sloveniya Prezidenti Borut Pahorun fikri ilə razılaşmayıb.
"Lyublyana keçən ilə qədər Türkiyənin AB-yə üzv olması fikrini fəal şəkildə dəstəkləyirdi. Sloveniya tərəfinin mövqeyindəki dəyişikliklərin səbəbini bilmirəm. Bəlkə də bu, Fransa prezidenti Emmanuel Makron və digərlərinin açıqlamaları ilə əlaqədardır", Çavuşoğlu Bled şəhərində keçirilən XIV Strateji Forumunda deyib.
Eurasia Diary "Anadolu"ya istinadən xəbər verir ki, o qeyd edib ki, Türkiyənin Avropa Birliyinə tam üzvlüyü ilə bağlı danışıqlar 2004-cü ildə başlayıb.