Moskvanın Şeremetyevo hava limanında iki təyyarə toqquşub.
Eurasia Diary rus mətbuatına istinadən bildirir ki, təyyarələrin qanadları uçuş-eniş zolağında bir-birinə dəyib.
Hadisə zamanı xəsarət olan olmayıb. "Royal Flight" şirkətinə məxsus olan təyyarə boş olub. “Aeroflot”a məxsus, Pekinə yollanan ikinci təyyarənin sərnişinləri isə tez bir zamanda təxliyə olunub. Onlar üçün ehtiyyat təyyarə hazırlanır.
Toqquşmanın səbəbləri barədə heç bir məlumat verilmir.