ABŞ İran İslam Respublikasının Kosmik Agentliyinə qarşı sanksiya tətbiq edib.
Eurasia Diary "RİA Novosti"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, sanksiyalar Astronavtika Araşdırma İnstitutu, Kosmik Agentlik və İran Kosmik Tədqiqatlar Mərkəzinə qarşı tətbiq ediləcək.
Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Britaniya hərbçiləri tərəfindən saxlanılan İranın "Adrian Darya 1" tankerinə qarşı sanksiya tətbiq edib.(oxu.az)