Axtarış-xilasetmə qrupu Rusiyanın ötən gün Stavrapol vilayətində qəzaya uğrayan Su-25 təlim-döyüş təyyarəsinin pilotlarının meyitlərini tapıb.
Eurasia Diary xəbər verir ki, bu haqda “İzvestiya” məlumatlı mənbəyə istinadən bildirir. Rusiya Müdafiə Nazirliyi hələlik axtarışların nəticələri barədə rəsmi məlumat yaymayıb.
Məlumatda deyilir ki, pilotlar Yuri B. və Artyom L. katapult edə biliblər, amma həlak olublar. Qəza rayonunda pilotların əvvəlcə paraşütləri tapılıb, lakin pilotların aqibəti məlum deyildi.