“Mən sadəcə, Polşanı təbrik etmək istərdim”.
Eurasia Diary "modern.az"a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Polşada İkinci Dünya Müharibəsinin başlanmasının 80-ci ildönümü ilə bağkl suala cavab verərkən deyib.
“Mənim Polşaya əla xəbərlərim var. Vutse-prezidentimiz Maykl Pens indilərdə Varşavaya eniş edəcək... Mən sadəcə Polşanı təbrik edirəm. Bu əla insanların yaşadığı gözəl ölkədir”-deyə Tramp deyib.
ABŞ prezidentinin təbrik sözlərini dediyi video Polşa cəmiyyətində şok effekti yaradıb.