Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah, atası kimi infarktdan dünyasını dəyişib.
Eurasia Diary "RİA Novosti"-ə istinadən xəbər verir ki, 24 yaşlı Abdullah Mursi xəstəxanaya gətirilməmişdən ölüb.
Təhlükəsizlik orqanları hadisə barədə məlumatlandırılıb. Mursi ailəsinin vəkili Əbd əl-Manaam Əbd əl-Maksud, Misirin keçmiş prezidentinin ən kiçik oğlunun öldüyünü təsdiq edib.
Məlumata görə, A.Mursi maşın sürərkən infarkt olub.