3 sentyabr 2019-cu il tarixində Vatikan İtaliyanın Assisi şəhərində, Müqəddəs Frensis Bazilikasında Nobel mükafatı laureatı professor Məhəmməd Yunusu '"Müqəddəs Fransis Sülh Çırağı" ilə mükafatlandırıb.
Eurasia Diary xəbər verir ki, mükafat sülh və harmoniyanın təbliği istiqamətində çalışanlara hörməti nümayiş etdirmək məqsədi daşıyır. Məhəmməd Yunus Assisi San Francesco (Umbria) Yuxarı Bazilikasında qonaq qismində "Lectio Magistralis" keçirib və "Sülh Çırağı" mükafatına layiq görülüb. Burada Nobel Sülh Mükafatı laureatı dövri iqtisadiyyat və mikrokreditlər mövzusunda mühazirə söyləyib.
Bu addım gələn il yeni başlayacaq davamlı qlobal iqtisadiyyatı inkişaf etdirmək üçün Papa Francis tərəfindən təbliğ olunan, bütün gənclərə, sahibkarlara və dəyişiklik edənlərə yönəlmiş "Francesco İqtisadiyyatı" qlobal sammitinə aparacaq yolun bir hissəsidir.