Rusiya Müdafiə Nazirliyinin Mi-8 hərbi helikopteri Saratov vilayətində, Sokol qəsəbəsi yaxınlığında qəzaya uğrayıb.
Eurasia Diary Lenta.ru-ya istinadən xəbər verir ki, helikopter aerodromdan qalxdıqdan sonra sərt eniş etmək istəyib, lakin yerə dəyərək alışıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Üç nəfərdən ibarət Mi-8 ekipajı helikopteri təhlükəsiz şəkildə tərk edə bilib. Helikopterdə başqa sərnişin olmayıb.
İlkin ehtimala görə, qəzaya şassi dayaqlarından birinin qırılması səbəb olub.