Fransanın birinci xanımı Bricit Makronun ünvanına daha bir təhqir səsləndirilib.
Eurasia Diary xəbər verir ki, Braziliyanın İqtisadiyyat naziri Paulu Qedes mətbuat konfransında onun "eybəcər" olduğunu deyib.
P.Qedes Fransa Prezidenti Emmanuel Makronun xanımını təhqir edən Braziliya liderini dəstəkləyib.
Onun bu sözü auditoriyada gülüş yaradıb.
Qeyd edək ki, bir müddət öncə "Facebook"da Braziliya Prezidenti Jair Bolsonaru və Fransa Prezidenti Emmanuel Makronun xanımları ilə bir yerdə çəkdirdikləri şəkillərin fotokollajı paylaşılmışdı. Şəkil "İndi başa düşürsünüz, niyə Makron Bolsonarunu təqib edir? Bu, qısqanclıqdır" sözləri ilə müşayiət olunur.
J.Bolsonaru fotonu yarızarafat şərh edərək yazmışdı: "Bu adamı alçaltma".(oxu.az)