Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının başqanı Canan Kaftancıoğlu həbs edilib.
Türkiyə mediasına istinadən xəbər veririk ki, Canan Kaftancıoğluya 9 il 8 ay müddətinə həbs cəzası verilib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, CHP-çi Əkrəm İmamoğlu həbs edilən partiyadaşı Canan Kaftancıoğluya dəstəyini ifadə edib:
“Bu qərarı pozacaq hüquqşünasların olduğuna inanıram. Canan Kaftancıoğlu Türkiyənin ən böyük şəhəri üzrə rəhbər idi. Canan xanımın yanındayıq. Hər zaman da yanında olacağıq”.