2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) 72 əməkdaşı həlak olub.
Eurasia Diary xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş vəzifəsini yerinə yetirərkən həyatını itirən işçilərin xatirəsinin anılması ilə bağlı tədbirdə bildirib.
Baş katib qeyd edib ki, bu il 25 mülki işçi, 43 sülhməramlı və 4 polis işçisi vəzifə başında həyatını itirib.