Avstraliyanın Yeni Cənubu Uels ştatında helikopter qəzası baş verib.
Məlumata görə, helikopterin göyərtəsində beş nəfər olub və qəza nəticəsində heç kim sağ qalmayıb.
Fırtınalı havada uçan "Bell UH1" tipli helikopterin radardan itməsindən sonra həyata keçirilən axtarış tədbirləri nəticəsində helikopterin arxa hissəsi, yarım saat sonra isə gövdəsi tapılıb.