Ukrayna və Rusiya arasında uzun müddətdir gözlənilən əsirlərin dəyişdirilməsi prosesi başa çatıb.
Eurasia Diary TASS agentliyinə istinadən xəbər verir ki, əsirlər xüsusi təyyarələr ilə Moskva şəhərinin “Vnukovo” və Kiyev şəhərinin “Borispol” hava limanına endirilib. Bildirilir ki, əsirlərin qarşılanmasında Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib. Dövlət başçısıyla bərabər baş prokuror Ruslan Riaboşapka, daxili işlər naziri Arsen Avakov, Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov gəliblər.