Ərdoğan bütün bələdiyyə başqanlarını Ankaraya çağırdı | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Ərdoğan bütün bələdiyyə başqanlarını Ankaraya çağırdı

Dünya A- A A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün böyük şəhər bələdiyyə sədrlərini Ankaraya dəvət edib.

Eurasia Diary xəbər verir ki, prezidentlə sədrlərin görüşü çərşənbə günü Ərdoğanın iqamətgahında baş tutacaq. İclasda AKP, CHP və MHP-li sədrlər iştirak edəcək.CHP lideri Kamal Kılıçdaroğlu partiyasından olan bütün sədrlərin dəvətə qatılacaqlarını açıqlayıb. Ötən ay istefaya göndərilən Van, Mardin və Diyarbakır bələdiyyə sədrlərinin yerinə təyin olunan valilər də iclasda iştirak edəcəklər.(qafqazinfo)

Xatırladaq ki, 31 mart seçkilərində böyük şəhərlərin 15-nə AKP-li, 11-nə CHP-li, 3-nə HDP-li, 1-nə isə MHP-li bələdiyyə sədri seçilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...