Rusiya prezidenti Vladimir Putin XİN başçısının müavini Qriqori Karasini vəzifəsindən azad edib.
Eurasia Diary xəbər verir ki, Prezidentin sərəncamı Kremlin rəsmi saytında dərc edilib.
Karasinin yerinə xarici işlər nazirinin müavini vəzifəsinə Yevgeni İvanov təyin edilib.
Q. Karasin 2005-ci ildən XİN başçısının müavini vəzifəsində çalışıb. XİN-də o, MDB dövlətləri ilə əlaqələrə və başqa sahələrə cavabdeh olub.