Kərbəlada 3 günlük matəm elan olundu | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Kərbəlada 3 günlük matəm elan olundu

Dünya A- A A+

Kərbəlada yaşanan izdiham nəticəsində 31 insanın ölməsi səbəbilə 3 günlük matəm elan edilib.

Eurasia Diary xəbər verir ki, Kərbəla meri Nesif əl Qutabinin tələbi və İraq baş naziri Adil Əbdülmehdinin qərarı ilə Kərbəlada Aşura günü ilə bağlı keçirilən mərasimdə ölənlər üçün yas elan olunub. Qeyd edək ki, Kərbəladakı Aşura mərasimi zamanı izdiham nəticəsində 31 insan ölüb, 100 insan yaralanıb.

Hadisədən sonra İraqın baş naziri Adil Əbdülmehdi Kərbəlaya gedərək, faciənin yaşandığı yerlərdə aparılan araşdırmalara qatılıb, daha sonra xəstəxanada müalicə alan yaralıları ziyarət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...