"Müstəqilliyimizi İordaniya vadisinədək yayacağıq" - Netanyahu | Eurasia Diary - ednews.net

18 Noyabr, Bazar ertəsi


"Müstəqilliyimizi İordaniya vadisinədək yayacağıq" - Netanyahu

Dünya A- A A+
İsrailin baş naziri Binyamin Netanyahu seçkilərdən əvvəlki müraciəti zamanı ölkənin müstəqilliyini İordaniya vadisinə yayacağını söz verib.
 
Eurasia Diary-nin verdiyi məlumata görə, baş nazir vurğulayıb ki, seçkilərdən sonra “əsrin sazişi”təqdim ediləcək. Bu, ABŞ-ın Fələstin-İsrail münaqişəsinin nizama salınması üzrə planıdır.
 
Plan İsrail qanunvericiliyini yəhudi qəsəbələri Yəhudidə və Samariidə yaymağa icazə verəcək. Bu, İordan çayının qərb sahilidir. Hazırda həmin ərazi Fələstinə məxsusdur.
 
“Əgər biz İsrail vətəndaşlarından bu hərəkətlərə görə mandat alsaq, bir yer var ki, seçkilərdən dərhal sonra orda İsrailin müstəqilliyini yaymaq olar. Bu gün mən İsrail müstəqilliyini İordaniya vadisinə və Ölü dənizin şimalına yaymaq niyyətimi bildirirəm”, – Netanyahu qeyd edib.
 
Netanyahu ilk addımlarını yeni Nazirlər Kabinetinin formalaşmasından sonra atmaq niyyətindədir. /report/

 

 
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...