"Koçaryan da, Paşinyan da Putinin əlində alətdir, bununla o göstərmək istəyir ki..."

Dünya 09:18 12.09.2019
Oktyabrın 1 - də İrəvanda baş tutacaq Avrasiya İqtisadi Birliyinin növbəti toplantısına qatılacaq Rusiya prezidenti Vladimir Putinin həbxanada yatan dostu Koçaryana baş çəkmək niyyəti barədə Rusiya mediasının iddiasını ermənişünas alim, politoloq Qafar Çaxmaqlı şərh edib:
 
Eurasia Diary "moderator.az"a istinadən xəbər verir ki, "RF prezidenti Putinlə Ermənistanın keçmiş prezidenti, hazırda həbsdə olan Koçaryanın dostluğu nə zaman yaranıb,  necə dost olublar onu deyə bilən tapılmaz. Əslində bunların "dostluqları"  siyasi maraqlar üzərində qurulan bir dostluq olmuşdur və Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirmək baxımından siyasi iradə eyniliyidir. Qarabağ separatçılarının liderinin arxasında Rusiya rəhbərinin durmasının özü də göstərir ki, Rusiyanın bölgəmizdə gedən proseslərə maraqları  necə "geniş" olub və separatçını Rusiya boyda bir ölkənin rəhbəri o qədər sevib ki, onu dar gündə tək qoymaq istəmir və bütün qaydaların əleyhinə gedərək ona türmədə baş çəkəcək, yaxud bu barədə ən azı xəbərlər yayılmasına rəvac verilir. Bizim bilmədiyimiz gizli məqamların olduğunu da nəzərə alsaq bu qeyri- standart olay gələcək siyasətə təsirsiz qalmayacaq. Putinin Koçaryanı yenidən hakimiyyətə qaytarmaq fikri varmı? Mən bunu istisna edirəm. Çünki  Koçaryan Ermənistanda və Dağlıq Qarabağda o qədər cinayətlər törədib ki, onun yenidən hakimiyyətə gətirilməsi Rusiyanın işinə gəlməz. Putinin Koçaryanı həbsxanada ziyarət etmək istəməsinin mənası başqadır. Putin Koçaryan faktorundan Paşinyanı sıxmaq, onu  hər zaman əlində saxlamaq və başqa məqsədlərdə istifadə etmək  üçün istifadə edəcəkdir. Zatən Paşinyan istəsə də Rusiyanın nəzarətindən çıxmağa cəhd etmir, amma Qərbin onu öz tərəfinə çəkmək cəhdlərinin olduğunu Rusiyada bildiklərindən ehtiyatı əldən verməmək üçün Koçaryan kimi oyuncaqlara hələ ehtiyac olduğu düşüncəsindədirlər. Dolayısı ilə Koçaryan da, Paşinyan da indiki halda alətdir. Putin isə özünün orijinal görünmək "xəstəliyinə" bir yeni sürpriz də əlavə etmək istəyir: "Dostunu" həbsxanada ziyarət etmək kimi bir qeyri-adi addım kimi tarixə düşmək istəyir. Amma Koçaryan kimi bir cinayətkarla adının eyni sırada çəkilməsi kimi mənasız addım atır. Hesab  edirəm bu addımın başqa bir gizli mənası yoxdur". 
 

 

 
 
 
PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq
23:07 11.07.2025
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
22:19 11.07.2025
Tələb təqaüdündən tutulan pullar hara gedir?
21:55 11.07.2025
Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər
21:24 11.07.2025
"Qarabağ" Niderland klubunu məğlub edib
20:52 11.07.2025
“Rheinmetall” Ukraynaya yeni səyyar səhra xəstəxanası verib
20:15 11.07.2025
Sahibə Qafarova Srebrenitsa qurbanlarının anım mərasimində iştirak edib
19:45 11.07.2025
“Lui Vitton”kiberhücuma məruz qalıb
19:04 11.07.2025
Tramp Braziliya Prezidenti ilə tarifləri müzakirə edə bilər
18:34 11.07.2025
PKK silahını necə yerə qoyacaq? –Analitik Baxış
18:19 11.07.2025
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim
18:02 11.07.2025
Azərbaycan Mətbuat Şurasında "Turan işığında 150 il" adlı tədbir keçirilib
17:47 11.07.2025
"Rusiya üçün "yeni sürprizlər" hazırlanır" -Müsahibə
17:32 11.07.2025
"Mənə qarşı ayrıseçkilik edildi"
17:17 11.07.2025
Acun Ilıcalı "Hall Siti"ni satır
17:02 11.07.2025
"ABŞ və Çin liderlərinin görüş ehtimalı yüksəkdir"
16:47 11.07.2025
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq
16:35 11.07.2025
Daha iki abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib
16:22 11.07.2025
Evlənənlər çoxalıb, boşananlar azalıb
16:07 11.07.2025
i Konstantin Strukovun qızıl imperiyası dövlətləşdirildi
15:55 11.07.2025
"Xalq" və "Respublika"-nın birləşməsi əməkdaşlarına necə təsir edəcək?
15:38 11.07.2025
ABŞ-ın Vaşinqton Universitetinin Assistent Tədqiqat Professoru Aytəkin Hüseynlinin seminarı təşkil edildi
15:23 11.07.2025
"Biz hər yerdəyik"
15:20 11.07.2025
"Ukraynaya veriləcək ABŞ silahlarının pulunu NATO müttəfiqləri verəcək"
15:05 11.07.2025
Viktor Osimhenin keçidi bu gün rəsmiləşəcək
14:50 11.07.2025
"Danone" MMC ləğv olundu
14:35 11.07.2025
Dünya Srebrenitsaya niyə susdu?
14:20 11.07.2025
ASEAN qlobal ticarət gərginliyindən narahatdır
14:05 11.07.2025
PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO
13:55 11.07.2025
Ukrayna Rusiya ordusunun 2 polkovnikini qətlə yetirdi
13:50 11.07.2025
Kanada Hərbi Hava Qüvvələrinə qadın rəhbər təyin olunub
13:35 11.07.2025
Yaşayış minimumu kriteriyaları yenilənəcək
13:20 11.07.2025
Lavrov Mertzə xəbərdarlıq etdi
13:05 11.07.2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
12:50 11.07.2025
Qanunsuz abortlarla bağlı yeni qanun qəbul ediləcək
12:35 11.07.2025
Ukraynanın səmasını Fransa və Böyük Britaniya qoruyacaq
12:15 11.07.2025
"Qızıml əcəl apardı" -Hovuzda boğulan balaca Nərminin anası danışdı
12:02 11.07.2025
Tramp "Supermen" oldu
12:00 11.07.2025
"Rusiya Ukraynaya 500 milyard avro ödəməlidir"
11:45 11.07.2025
Türkiyədə PKK terroru dövrünün sonu başlayır
11:30 11.07.2025
Hamısı