Ukraynada rektora qarşı terror - bomba əlini qopardı - ANBAAN VİDEO | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


Ukraynada rektora qarşı terror - bomba əlini qopardı - ANBAAN VİDEO

Dünya A- A A+

Ukraynada evinin həyətinə qoyulan bombalı paketi açan rektorun əli qopub.

Eurasia Diary unikal.org-a istinadən xəbər verir ki, hadisə Ternopil şəhərində baş verib. Ternopil Dövlət İqtisad Universitetinin rektoru Andrey Krysovatinin evinin qapısına qoyulmuş paketi götürdüyü görülür. Daha sonra onun yanına həyat yoldaşı gəlir. Rektorun üzərində "Ölümü xatırla" yazılmış paketi açması ilə partlayış baş verir. Rektorun həyat yoldaşının yerdə olduğu, özünün isə həyətdə qaçdığı görülür.

Hadisə zamanı rektorun sol əli qopub, həyat yoldaşının gözünə və bədəninə metal parçalar girib. Xəstəxanaya aparılan rektorun əli tikilib, arvadının isə bir gözünün itirmə riski olduğu və bədənində də yaralar olduğu bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...