Myanmada daha 600 min arakanlı müsəlman soyqırım təhlükəsi altındadır - BMT açıqladı | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Myanmada daha 600 min arakanlı müsəlman soyqırım təhlükəsi altındadır - BMT açıqladı

Dünya A- A A+

Birləşmiş Millətlər Təşkilatının (BMT) müstəntiqlərinin hazırladığı hesabata görə Myanmada olan arakanlı müsəlmanlar hələ də soyqırım ilə ciddi təhdid olunur.

Eurasia Diary xəbər verir ki, İnsan Hüquqları Şurası tərəfindən Myanmada 2017-ci ildə həyata keçirilən tədbirlər nəticəsində Myanma ordusunun soyqırım törətdiyi faktlara əsasən sübut olunub və bu barədə qərar qəbul edilib. Eyni zamanda, orduya başçılıq edən generalların mühakimə olunması üçün çağırış edib.

Bu günə qədər 740 min arakanlı müsəlman yandırılan kəndlərindən qaçaraq Banqladeşə sığınıb. Qətliam, təcavüz və işgəncə ittihamları ilə dolu hesabatlar hələ də BMT-nin gündəmindədir.

600 min arakanlı müsəlman da soyqırım təhlükəsi altındadır

BMT mütəxəssisləri yeni bir hesabatda 600 min arakanlının hələ də Myanmada olduğunu və hər gün daha da pisləşən şərtərlərdə soyqırım təhlükəsi altında olduğunu söyləyib.

Çərşənbə axşamı Cenevrədə elan ediləcək hesabatda bildirilir ki, "Myanmada soyqırım cəhdləri hələ də mövcuddur, qalan arakanlılar isə hələ də risk altındadır".
 
Dəlillər məhv edilir
 
Hesabatda, həmçinin Myanma rəhbərliyinin bu mövzuda ittihamları rədd etməyə və sübutları məhv etməyə davam etdiyi bildirilib. Gələcək araşdırmaların qarşısını almaq üçün arakanlıların qovulduğu ərazilərdə yeni yaşayış yerlərinin salındığı və həmin ərazilərdə myanmalıların məskunlaşdırıldığı qeyd edilib.
 
Təbriz Abbasov
 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...