İsraildə Knesset seçkilərində 69,4% seçici iştirak edib | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


İsraildə Knesset seçkilərində 69,4% seçici iştirak edib

Dünya A- A A+

İsrail Knessetində növbədənkənar səsvermədə seçicilərin fəallığı 69,4% təşkil edib.

Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatda deyilir.

Bildirilir ki, fəallıq göstəricisi 2019-cu ilin aprelində keçirilmiş Knesset seçkiləri ilə müqayisədə 1,5% yüksəkdir.

Ekzitpol nəticələrinə görə, nə solçu (“Kahol-Lavan” partiyası, 120 yerdən 54-58 yer), nə də sağçı-dini (Netanyahunun “Likud” partiyası, 120 yerdən 54-57 yer) düşərgə parlamentdə çoxluq əldə edə bilib. İndiyə qədər yeganə neytral qüvvə sabiq müdafiə naziri Aviqdor Libermanın “İsrail – Bizim evimiz” partiyası olub. Onun hansı tərəflə birlik quracağı isə hökuməti kimin yaratmasından asılıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...