Küveyt ölkənin təhlükəsizliyinin müdafiəsi məqsədilə orduya təlimat verib | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


Küveyt ölkənin təhlükəsizliyinin müdafiəsi məqsədilə orduya təlimat verib

Dünya A- A A+

Küveyt ölkənin təhlükəsizliyinin müdafiəsi məqsədilə orduya təlimat verib.

Eurasia Diary xəbər verir ki, Küveytin Daxili işlər naziri, Baş nazirin köməkçisi və Müdafiə nazirinin köməkçisi Sabah Xalid Əl-Həmid Əs-Sabah orduya ölkənin təhlükəsizliyini və sabitliyini pozacaq bütün təhlükələrə qarşı müdafiə olunmaq üçün ən üst səviyyədə hazır olmasını tapşırıb.

Küveytin KUNA rəsmi xəbər agentliyinin məlumatına görə, nazir Baş qərargah rəisi Məhəmməd Əl-Xıdır ilə birlikdə orduya aid bəzi birlikləri ziyarət edib. Bu əsnada Əl-Xıdır da ölkənin sabitliyini poza biləcək təhlükələrə qarşı ayıq-sayıq olması üçün orduya tapşırıqlar verib.

Qeyd edək ki, ötən həftə paytaxt Küveytin sahil qismində bir Pilotsuz Uçuş Aparatının uçduğunu görən hökumət bundan sonra təhlükəsizliyi ən üst səviyyəyə çıxarıb. (Publika.az)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...