ABŞ paytaxtının şimal-şərqində naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində bir nəfər ölüb, 6 nəfər yaralanıb.
Eurasia Diary xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.
Məlumata görə, Ağ Evdən üç kilometr aralıda olan hadisə yerinə polis qüvvələri cəlb olunub.
Öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları “Fox News”a bildiriblər ki, yerli vaxtla 22:30-da baş vermiş atışma nəticəsində bir neçə nəfər yaralanıb, lakin bir nəfərin öldüyü barədə məlumatlar təsdiqlənməyib.
“NBC”-nin məlumatına görə, iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.(apa)