Həsən Ruhaninin ABŞ-a səfər tarixi açıqlanıb | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Həsən Ruhaninin ABŞ-a səfər tarixi açıqlanıb

Dünya A- A A+

İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün sentyabrın 23-də ABŞ-a səfər edəcək.

Eurasia Diary xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Sentyabrın 20-də İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Nyu-Yorka yola düşüb. Onun Baş Assambleyanın sessiyası çərçivəsində bir sıra ölkələrin xarici işlər nazirləri və yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyası sentyabrın 17-də başlayıb. (Report)

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...