İran Ərəbistan dənizi və Hind okeanının şimalında Rusiya və Çinlə birgə hərbi dəniz təlimlləri keçirəcək.
Eurasia Diary Virtualaz.org-a isinadən bildirir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının beynəlxalq və müdafiə diplomatiyası məsələləri üzrə rəisi Qədir Nizami deyib.
Qərargah rəisi qeyd edib ki, hərbi təlimlərin müxtəlif məqsədləri olur: "Çox vaxtlar hərbi təlimlərin məqsədi taktiki və hərbi təcrübələrin mübadiləsi olur. Bəzən hərbi təlimlər siyasi məqsədləri daşıyır və iştirakçılar arasında inteqrasiyanı əks etdirir".
Q.Nizami onu da vurğulayıb ki, bu, İranda İslam İnqilabından sonra ilk belə hərbi təlimlərdir.