Türkiyənin İstanbul şəhərində baş verən 5,8 bal gücündəki zəlzələ zamanı Avcılar rayonundakı bir məscidin minarəsi uçub.
Eurasia Diary xəbər verir ki, “Sözcü qəzeti”nin yaydığı məlumata görə, hadisə yerinə çoxlu saydı təcili tibbi yardım briqadaları göndərilib.
Ölənlər və yaralılar barədə məlumat yoxdur.
Bu arada, zəlzələ səbəbindən İstanbulda məktəblədə dərslər dayandırılıb, şagirdlər evlərinə göndərilib.
Bundan başqa, hazırda rabitə xətlərində problemlər yaşanmaqdadır.(baku.ws)