Rusiyaya məxsus “Buxta Nayezdnik” balıqçı gəmisi (“Norebo Qrup” aid) Norveçin Tromso limanında alışıb.
Eurasia Diary xəbər verir ki, yanğına səbəb Tromsoda təmirə dayanan gəmidə aparılan qaynaq işləri olub.
Məlumatda bildirilir ki, göyərtədə 29 ekipaj üzvü olub, onlardan 12-si həkimə müraciət edib.
Hazırda ekipaj üzvləri otellərə yerləşdirilib. Hüquqi prosedurlardan sonra onlar Murmanska gətiriləcək.
Qeyd olunur ki, yanğın nəticəsində gəmi tamamilə yararsız hala düşüb və batıb.(axar.az)