Qırğızıstanlı insan hüquqları müdafiəçisi Qaçqınların himayəsi üzrə Nansen mükafatını qazanıb

Dünya 13:58 02.10.2019

Qırğız Respublikasının dünyanın vətəndaşsızlığa son qoymuş ilk ölkəsinə çevrilməsinə öz işi ilə dəstək vermiş qırğızıstanlı hüquqşünas BMT-nin Qaçqınlar üzrə Agentliyinin 2019-cu il üçün Qaçqınların himayəsi üzrə Nansen mükafatının qalibi seçilib.

Özünün "Fərqanə vadisinin sərhədsiz hüquqşünasları" (FVSH) təşkilatı vasitəsilə Azizbek Aşurov Sovet İttifaqının dağılmasından sonra vətəndaşlığı olmayan şəxslərə çevrilmiş 10 mindən artıq insana Qırğızıstan vətəndaşlığı almaqda köməklik edib. Onların arasında 2 minə yaxın uşaq indi təhsil hüququ və gələcəkdə səfərə çıxmaq, nikaha daxil olmaq və işləmək azadlığı əldə edib.

Vətəndaşsızlıq dünyada milyonlarla insana təsir göstərərək onları qanuni hüquqlarından və ya zəruri xidmətlərdən məhrum edir, siyasi və iqtisadi cəhətdən marginallaşdırır, ayrı-seçkiliyə məruz qoyur, eləcə də istismar və sui-istifadə halları qarşısında xüsusilə müdafiəsiz vəziyyətə salır.

"Azizbek Aşurovun tarixçəsi şəxsi qətiyyətin və inadkarlığın böyük bir nümunəsidir", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

"Onun Qırğızıstanda vətəndaşsızlığın aradan qaldırılması (buna Qırğızıstan hökuməti və ölkədəki digər subyektlərlə tərəfdaşlıq vasitəsilə nail olunub) işinə sadiqliyi, bir şəxsin insanları kollektiv hərəkətlərə ruhlandırmağa və səfərbər etməyə qadir olmasının bariz nümunəsidir".

Daxili sərhədlərin olmadığı Sovet İttifaqının vətəndaşları olaraq insanlar Mərkəzi Asiya ərazisində səfərlər edir, yaşayış yeri əldə edir və nikaha daxil olurdular. 1991-ci ildə SSRİ dağıldıqdan və yeni dövlətlər yaradıqdan sonra yenidən müəyyənləşdirilmiş sərhədlər boyunca məskunlaşan bir çox insanlar çətin vəziyyətə düşdülər. Çox zaman onlar hazırda etibarsız sayılan sovet pasportuna malik olur, yaxud harada doğulduqlarını sübut etmək imkanına malik olmurdular. Bu, Qırğızıstan da daxil olmaqla bütün bu regionda yüz minlərlə insanı vətəndaşsızlıq durumuna saldı.

Qadınlar bu vəziyyətin çətinliklərinə nisbətən daha çox məruz qalırdılar. Sovet İttifaqının dağılmasından və yeni sərhədlərin yaradılmasından əvvəl nikaha daxil olduqda və öz respublikalarından kənarda məskunlaşdıqdan sonra onlar bir çox hallarda sonradan vətəndaşlığa malik olmurdular. Vətəndaşlığın vərəsəlik qaydasında ötürülməsini nəzərdə tutan qanunlar nəticəsində, onların vətəndaşlığı olmayan şəxs statusu övladlarına ötürülürdü.

Ölkənin dağılması nəticəsində ailəsinin Özbəkistandan qayıtdıqdan sonra vətəndaşlıq əldə etməkdə çətin təcrübəsindən ilhamlanan Aşurov 2003-cü ildə Qırğızıstanın cənub hissəsində müdafiəsiz durumda olan didərginlərə, vətəndaşlığı olmayan şəxslərə və sənədləri olmayanlara pulsuz hüquqi yardım və kömək təklif edən FVSH-nin təsis edilməsinə yardım göstərib.

"Mən ədalətsizlik görəndə dözə bilmirəm", Aşurov bildirib. "Vətəndaşsızlıq ədalətsizlikdir. Vətəndaşlığı olmayan şəxs heç bir dövlət tərəfindən tanınmır. Onlar kabus kimidirlər. Fiziki cəhətdən mövcuddurlar, amma sənədlərdə mövcud deyillər".

"Vətəndaşsızlıq hallarının azaldılmasında bizim rolumuz insanların özlərinin edə bilmədiklərini etməkdə onlara yardım göstərməkdən ibarətdir. Biz onlara vətəndaşlıq vermirik, doğulduqları andan malik olduqları hüququ onlara qaytarırıq".

"Mən anladım ki, bu iş təhsilli hüquqşünas olaraq mənim üçün çətindirsə, təsəvvür edin ki, adi insan üçün nə qədər çətin ola bilər", o bildirib.

Vətəndaşlıq məsələlərində köməklik üçün FVSH-yə getdikcə daha çox insan müraciət etdiyinə görə o, təşkilatın istiqamətini vətəndaşsızlıq məsələlərinə yönəldərək ilk dəfə bütün ölkə üzrə bu cür halları müəyyənləşdirmək və bu dağıdıcı problemi birdəfəlik həll etmək üçün digərləri ilə birlikdə işləyib.

Aşurov və FVSH, müdafiəsiz durumda olan və cəmiyyətdən kənarda qalan qrupları müəyyənləşdirmək üçün ölkənin cənubunun ucqar ərazilərinə səfərlər edən səyyar hüquqşünas komandaları təşkil edib. Dağlıq ərazilərin çox olduğu ölkədə səfər edərkən səyyar hüquqşünas komandaları tam ötürücülü transmissiyaya malik avtomobillərə güvənir və ya atdan istifadə edirdilər.

Onun Qırğızıstanın hakimiyyət orqanları ilə sıx əlaqədə işləməsi, o cümlədən mühüm sənədləri olmayanlara müvəqqəti "amnistiya" verilməsinə başlanılması üçün çalışması vətəndaşlığı olmayan çoxlu sayda insanın vətəndaşlıq əldə etməsinə kömək edib.

"Bizim əsas metodumuz hökumətlə işləməkdən ibarət idi", – deyə Aşurov bildirdi. "Biz onların diqqətini cəlb etməyi və onları dostlarımıza çevirməyi bacardıq. Biz kiçik döyüşçülər idik, lakin arxamızda böyük tank vardı".

"Regiondakı dövlətlər də Qırğızıstanda olduğu kimi bu cür kampaniyalara başlayıblar. Nəticədə, indiyədək vətəndaşlığı olmayan təxmini 46 min nəfər şəxs müəyyən edilib və bugünədək 34 mindən artıq iş uğurla həll olunub".

*** 

BMT QAK-ın Qaçqınların himayəsi üzrə Nansen mükafatı haqqında:

BMT QAK-ın Qaçqınların himayəsi üzrə Nansen mükafatı zorla didərgin salınmış insanlara fövqəladə xidmət göstərməyə görə təqdim edilir. Son dövrün laureatları arasında Cənubi Sudanlı cərrah d-r Evan Atar Adaha (Evan Atar Adaha), Konqo Demokratik Respublikasından olan rahibə Anjelika Namayka (Angelique Namaika) və Nigeriyanın şimal-şərqindəki Borno ştatından olan vəkil və mediator Zanna Mustafa (Zannah Mustapha) var. 2005-ci ildən etibarən Azərbaycana humanitar yardım missiyaları həyata keçirən Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri optometrist Doktor Akio Kanai də 2006-cı ildə Nansen Qaçqın Mükafatına layiq görülüb.

Mükafat, xatirə medalından və İsveçrə və Norveç hökumətlərinin səxavətlə təqdim etdiyi 150 min ABŞ dolları məbləğində pul mükafatından ibarətdir. BMT QAK ilə sıx əməkdaşlıq şəraitində çalışan laureat, pul mükafatından özünün mövcud işinə yardım edəcək layihənin maliyyələşdirilməsi üçün istifadə edir. Bu baxımdan, Doktor Akio Kanai də Nansen Qaçqın Mükafatı ilə ona təqdim olunan puldan Beyləqan rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin su təchizatının yaxşılaşdırılması layihəsinin maliyyələşdirilməsi üçün 2007-ci ildə BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinə 47,6 min ABŞ dolları ianə edib.

Qaçqınların himayəsi üzrə Nansen mükafatı proqramını İsveçrə hökuməti, Norveç hökuməti, Cenevrə Respublikası və Kantonunun Dövlət Şurası, Cenevrə Şəhərinin İnzibati Şurası və İKEA Fondu maliyyələşdirilir.

2019-cu il üçün Qaçqınların himayəsi üzrə Nansen mükafatının təqdim edilməsi mərasimi

2019-cu il üçün mükafatın təqdim edilməsi mərasimi oktyabrın 7-də Cenevrədə Elektrostansiya Binasında (Bâtiment des Forces Motrices) keçiriləcək.

Mərasimdə venesuelalı müğənni Denni Ouşenin (Danny Ocean) ifası və Kann festivalı mükafatının laureatı və Oskar mükafatına namizəd olmuş "Kapernaum" filminin rejissoru livanlı xanım Nadin Labakinin (Nadine Labakinin) çıxışı olacaq. Mərasimin aparıcısı çoxsaylı mükafatlar laureatı, Cənubi Afrika televiziyasının aparıcısı Lian Manasdır (Leanne Manas). Gecədə isveçrəli musiqiçi Fleş Löv (Flèche Love) və alman şairləri, eləcə də sənətçilər Babak Qassim (Babak Ghassim) və Usama Elyas (Usama Elyas) də olacaqlar.

BMT QAK haqqında:

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK münaqişə və təqib səbəbindən evlərini tərk etməyə məcbur olmuş insanların himayə edilməsinə yönələn beynəlxalq fəaliyyətləri həyata keçirir. Biz sığınacaq, ərzaq və su təminatı kimi həyati əhəmiyyətli yardımlar göstərir, fundamental insan hüquqlarının təmin edilməsinə kömək edir və insanların öz evləri adlandıra biləcəkləri və özlərinə daha yaxşı gələcək qura biləcəkləri təhlükəsiz yerə malik olmalarını təmin edən həll variantlarını işləyib hazırlayırıq. Biz həmçinin vətəndaşlığı olmayan şəxslərə vətəndaşlıq verilməsinin təmin edilməsi üçün çalışırıq.

BMT QAK Azərbaycan Hökumətinin dəvəti və BMT Baş Assambleyasının razılığı ilə 1992-ci ilin dekabrından Azərbaycanda qaçqın, məcburi köçkün, sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin himayəsi, onlara yardım göstərilməsi və həll yollarının tapılması sahəsində Hökumətlə əməkdaşlıq edir.

BMT QAK haqqında daha ətraflı məlumat üçün: https://www.unhcr.org/about-us.html.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti haqqında məlumat üçün: http://unazerbaijan.org/en/un_agencies/united-nations-high-commissioner-for-refugees/

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı