"ABŞ-ın mənasız müharibələrdən çıxmasının vaxtı gəlib" - Donald Tramp | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


"ABŞ-ın mənasız müharibələrdən çıxmasının vaxtı gəlib" - Donald Tramp

Dünya A- A A+
"ABŞ-ın mənasız, axmaq, sonu olmayan müharibələrdən çıxmasının vaxtı gəlib".
 
Eurasia Diary-nin məlumaytına görə, “Hurriyet” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
 
“Vəzifə səlahiyyətlərimin icrasına başlayanda İŞİD bölgədə təsiredici gücə malik idi. Biz onları 100 faiz məğlub etdik. Qoy indi İŞİD-lə Türkiyə, Suriya, İran, Rusiya və kürdlər maraqlansın”, - deyə ABŞ prezidentinin ölkə hərbçilərinin Türkiyə ilə sərhəd bölgəsindən çəkilməsi ilə bağlı açıqlamasında bildirib.
 
Qeyd edək ki, D.Tramp ABŞ hərbçilərinin Suriya-Türkiyə sərhədindən çıxması barədə verdiyi əmr icra edilir. (Report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...