Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Suriyanın şimalında hərbi əməliyyatların başlanmasından sonra sosial media hesabında kamuflyaj geyimdə şəkli paylaşaraq mesaj verib.
Eurasia Diary xəbər verir ki, Fəratın şərqində həyata keçiriləcəyi gözlənilən Suriya əməliyyatından əvvəl Xarici İşlər naziri Mövlud Çavuşoğlunun hərbi geyimdə paylaşdığı bu fotoşəkil türk əsgərinə ruh yüksəkliyi verib. Çavuşoğlu, sosial mediada çox sayda bəyənmə qazanan fotonun altında, "Əcdadımızın əzəməti bütün dünyaya məlumdur; Fitrət dəyişər sanma, bu qan yenə o qandır!" sözlərini yazıb.