Ərdoğanın hücum əmri erməniləri ayağa qaldırdı | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


Ərdoğanın hücum əmri erməniləri ayağa qaldırdı

Dünya A- A A+
Türkiyənin ABŞ-ı Fəratın şərqindən geri çəkməsi və Dövlət Baxçalının atdığı tvitə görə üzr istəməsi ABŞ-dakı erməni lobbisini narahat edib.
 
Eurasia Diary-nin məlumatına görə, Erməni diasporasının soyqırımı iddiaları üçün Senat ilə yaxın münasibətləri olan Erməni Milli Komitəsi (ANCA) ABŞ-ın Türkiyə qarşısında geri addım atmasına görə Tramp Administrasiyasına od püskürüb.
 
Komitə rəsmi tvitter hesabından ABŞ-ın Gizlı Xidməti, FTB və Vaşinqton Polis Departamentini işarələyərək bəzi paylaşımlar edib.
 
"Türkiyə 2003-cü ildə İraqa qarşı şimal cəbhəsini əngəlləməkdən 2017-ci ildə Vaşinqonda amerikalıları döyməyə qədər ən son nə zaman ABŞ-dan bir şey üçün üzr istədi” sualları onminlərlə izləyicisi olan hesabda paylaşılan tvitlər arasındadır.(publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...