“ABŞ-da heç kəsin təsəvvür edə bilməyəcəyi silahlar hazırlanır” - Tramp | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


“ABŞ-da heç kəsin təsəvvür edə bilməyəcəyi silahlar hazırlanır” - Tramp

Dünya A- A A+
“ABŞ-da heç kəsin təsəvvür edə bilməyəcəyi silahlar hazırlanır”
 
Eurasia Diary-nin “Yahoo News” portalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
 
“Hazırda ABŞ-da inkişaf mərhələsində olan yeni, böyük silahlar hazırlanır. Bizim elə silahlarımız var ki, buna heç kəs inana bilməz. 4-5 həftə ərzində biz bu işlərə ara verəcəyik. Həmin silahların bir qismi nümayiş olunacaq, bir qismi isə nümayiş olunmayacaq. ABŞ nüvə silahlarını da yeniləyib. Biz indi əvvəllər varlığı xəyal edilməyən yeni sualtı gəmilər inşa edirik. Bu sualtı gəmilər ən mükəmməlidir. Ümid edirəm ki, biz bu silahlardan istifadə etmək məcburiyyətində qalmayacağıq”, - deyə D. Tramp qeyd edib. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...