Suriyadakı 5 min İŞİD-çinin şok videosu yayıldı - Bundan sonra Türkiyə... - VİDEO | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Suriyadakı 5 min İŞİD-çinin şok videosu yayıldı - Bundan sonra Türkiyə... - VİDEO

Dünya A- A A+

ABŞ Prezidenti Donald Trampın “Bizə və vergi ödəyicilərinə yük olurlar” dediyi İŞİD-çilərin videosu ortaya çıxıb.

Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, Londonda nəşr edilən “The Times” qəzeti Suriyadakı həbsxanada saxlanılan 5 min İŞİD-çi haqqında informasiya toplayıb və ilk dəfə olaraq onların görüntüsünü yayıb.

5 min İŞİD-çinin saxlanıldığı həbsxanada məhkumların sayının həddən artıq çox olduğu diqqəti çəkir. Bu həbsxananın Suriyanın şimalında olduğu bəlli olub. Xəbərdə qeyd edilir ki, məğlubiyyətə uğrayan və həbs edilən İŞİD üzvləri yalnız bir həbsxanada saxlanılır. Burada Almaniya, Fransa, Belçika və ABŞ vətəndaşları olan şəxslər İŞİD liderinin çağırışı ilə Suriyaya İraqdan daxil olublar. Onların hamısı ötən il məğlub olublar.

Xatırladaq ki, bazar günü ABŞ Prezidenti Trampla Türkiyə lideri Ərdoğan arasında telefon müzakirə aparılıb. Bundan sonra ABŞ prezidenti Fərat çayının şərq sahillərində olan əsgərlərini eri çəkmək haqda qərar verib. Bu qərarı elan edən Tramp deyib: “Bölgədə bizim vergi mükəlləflərimizə yük olan İŞİD-çi məhkumlara cavabdehlik artıq Türkiyədədir”.

İndi bəlli olur ki, məhkum İŞİD üzvlərinin sayı 5 mindən az deyil və onları yedizdirib saxlamaq Ankaranın öhdəsinə düşəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...