Rusiya azərbaycanlı miqrantlarla bağlı qərar verdi | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


Rusiya azərbaycanlı miqrantlarla bağlı qərar verdi

Dünya A- A A+

Rusiya Nazirlər Kabineti iqtisadiyyatın ayrı-ayrı sahələrində istifadə oluna biləcək əcnəbi işçi kvotasını təsdiqləyib.

Eurasia Diary Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı miqrantlara da şamil olunacaq yeni qaydalara əsasən, 2020-ci ildə sərnişindaşıma və yükdaşıma nəqliyyatında xarici işçilərin sayı 26%-dən artıq olmamalıdır.

İdman sahəsində bu göstərici 25%, meyvə-tərəvəz satışında isə 50%-i keçə bilməz. 2019-cu ildə olduğu kimi, gələn il də tikinti sektorunda 80%-ə qədər contingent əcnəbi ola bilər.   

Xatırladaq ki, Rusiya tərəfi ölkə ərazisində 600 minə yaxın Azərbaycan vətəndaşının əmək fəaliyyəti ilə məşğul olduğunu yazır. (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...