Türkiyə ordusu Suriya ərazisində irəliləməyə davam edir | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


Türkiyə ordusu Suriya ərazisində irəliləməyə davam edir

Dünya A- A A+

Türkiyə ordusu “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Suriya ərazisində irəliləməyə davam edir.

Eurasia Diary Türkiyə KİV-nə istinadən xəbər verir ki, türk ordusu ilə kürd silahlıları arasında Qamışlı şəhərinin qərbindəki Əl-Həliliyə və Tannura qəsəbələrində döyüş olub.

Türkiyə artilleriyasının isə Suriya kürdlərinin inzibati mərkəz elan etdikləri Qamışlı şəhərinə doğru irəlilədikləri məlumdur. Hazırda türk ordusunun sərhəddə yerləşən Ras-əl-Ayn və Tel-Abyad şəhərlərinə daxil olmağa hazırlaşdığı açıqlanıb.

Artilleriya zərbələri zamanı 7 kürd döyüşçüsününü öldüyü, 16-nın yaralandığı da açıqlanıb. (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...