“Suriya ilə Türkiyə arasında dialoqun başlanmasına çalışacağıq” - Lavrov | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


“Suriya ilə Türkiyə arasında dialoqun başlanmasına çalışacağıq” - Lavrov

Dünya A- A A+

“Moskva Suriya və Türkiyə arasında dialoqun başlanmasına nail olmağa çalışacaq”.

Eurasia Diary-nin Moskva bürosunun xəbərinə görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN başçısı Türkiyə və Suriya arasında dialoqun aparılmasının əhəmiyyətini vurğulayıb.

“İndi biz Türkiyə ilə Suriya arasında dialoqun qurulmasına çalışacağıq. İnanmağa əsasımız var ki, bu, hər iki tərəfin marağındadır”, - deyə S. Lavrov qeyd edib. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...